Rusiyada keçiriləcək dünya çempionatı öncəsi Almaniya mətbuatı yerli yığmanın hazırkı durumunu araşdırıb. Apasport.az saytı xəbər verir ki, həmkarlarımız Bundestimin mundiala tam hazır olmasına əmin deyillər.
Almanlar Yoahim Lövün yetirmələrinin əsl gücünün yoldaşlıq görüşlərində bəlli olacağını düşünürlər: “Mundialla bağlı eyforiyaya qapılmaq üçün hələ tezdi. Lövün komandasının çempionluq titulunu qoruyub-qorumayacağı maraq doğurur. Millinin əsl gücünü qarşıdakı sınaq matçlarında görəcəyik. Yoxsa seçmə mərhələdə Norveç, Azərbaycan, San-Marino kimi komandalarla görüşlər yığmamızın gücünü əks etdirmir. İspaniya və Braziliya ilə matçlar komandamızın Rusiyadakı yarışa hazır olub-olmadığını göstərəcək”.
Qeyd edək ki, Almaniya yığması DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə keçirdiyi hər iki qarşılaşmada (4:1, 5:1) qələbə qazanmışdı.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq