[b]“Azərbaycanla oyunda qol buraxmağımız məni əsəbləşdirdi”[/b]
14.11.2015 - 14:17
[b]“Azərbaycanla oyunda qol buraxmağımız məni əsəbləşdirdi”[/b]

“Azərbaycanla oyunda qol buraxmağımız məni bir qədər əsəbləşdirdi”. Apasport.az Almaniyanın swp.de saytına istinadən xəbər verir ki, bu sözləri adıçəkilən ölkənin 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Horst Hrubeş deyib.

 

Avro-2017-nin seçmə mərhələsi çərçivəsində dünən millimizlə qarşılaşan Bundestim 3:1 hesablı qələbə qazanıb. Səfərdə keçirilən oyunun gedişində komandamız Məqsəd İsayevin qolu sayəsində hesabda önə keçsə də, sonradan almanlar 3 qol vuraraq, meydanı qalibiyyətlə tərk ediblər.

 

Matçla bağlı fikirlərini bölüşən Hrubeş buraxdıqları qola görə narazılığını dilə gətirsə də, yekun nəticədən razı olduğunu bildirib: “Hesabda geri düşməyimiz xoşuma gəlmədi. Amma əsas 3 xaldı ki, bunu qazanmağı bacardıq”.