“Farer adaları və Azərbaycan millisi ilə oyunlara hazırlaşan yığmanın düşərgəsinə döyüşkən əhval-ruhiyyədə gəlmişəm. Fransa “Ayaçço”sundakı son matçda qazandığımız qələbədən sonra durumum daha da yaxşılaşıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Rusiya yığmasının Andrey Panyukov deyib.
21 yaşlı hücumçu AVRO-2017-nin seçmə mərhələsinin noyabrda keçiriləcək oyunlara hazırlıq haqda fikirlərini açıqlayıb. Panyukov ayın 13-də Farer adaları, 4 gün sonra Azərbaycanla görüşlərdə qələbə iddiasında olduqlarını bildirib: “Bir sözlə, hər şey qaydasındadı. Üstəlik, həmişə yığmaya gəlmək istəyi böyük olur. Məsuliyyət də hiss edirəm. İndi isə qarşıdakı iki oyuna hazırlaşacağıq. Farer adaları və Azərbaycanla görüşlərdə yalnız qələbəyə ümid edirik”.
Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Azərbaycan – Rusiya oyunu Bayıl stadionunda baş tutacaq.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI