“Millimizin yarımfinala yüksələcəyini gözləyirəm. Bu vəzifə real, amma çətin görünür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın futzal mütəxəssisi Maksim Gilenko deyib.
Bu idman növü üzrə ixtisaslaşan televiziya şərhçisi hazırda Sloveniyada keçirilən AVRO-2018-in final mərhələsi haqda danışıb: “Avropa futzalının liderlərinin siyahısı dəyişməzdi. İspaniya, Portuqaliya və heyətində braziliyalılar olan komandaları bura aid etmək olar. Söhbət İtaliya, Qazaxıstan, Azərbaycan və Rusiyadan gedir. Bu yığmalarla rəqabət aparmaq çətindi, amma mümkündü”.
Gilenko 1/4 final perspektivindən də danışıb. O, C qrupunda yer alan Ukraynanın D qrupunun komandalarından biri ilə görüşəcəyini və mümkün rəqib barədə fikirlərini bildirib: “İstənilən halda güclü rəqiblə düşəcəyik. Rəqibimiz ya İspaniya, ya Azərbaycan olacaq. Pireneylilərlə qarşılaşmaq ümumiyyətlə ağırdı. Ukrayna üçün qrupda 1-ci olmaq və Azərbaycanla düşmək daha yaxşıdı. Təbii ki, bunlar şərtidi. Neçənci yerlə çıxmaqdan asılı olmayaraq 1/4 final yaxşı nəticədi. Həm Azərbaycan, həm İspaniya ilə çox çətin olacaq. Amma İspaniya yüksək səviyyəsi ilə yanaşı hakimlərin köməyindən də yararlanır. Bu baxımdan Azərbaycanla matç daha rahat olardı”.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"