“Klubda hansısa ixtisardan söhbət gedə bilməz”. Bunu apasport.az saytına “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov deyib.
“Bakı”da yaxın günlərdə kadr dəyişiklikləri olacaq. Bu dəyişikliklər klubda bir sıra vəzifələrdə ixtisarlara gətirib çıxaracaq. İxtisarların klubun bütün strukturlarını əhatə edəcəyi gözlənilir.
Ancaq Seyidov bildirib ki, komandada ixtisarlar yox, vəzifə bölgüsü aparılacaq: “Hazırda bu iş üzrə müəyyən təhlillər, araşdırmalar aparılır. Məhz bundan sonra kimin hansı işin öhdəsindən gələcəyi müəyyənləşdiriləcək. Məsələn, hazırda media işləri üzrə cavabdeh İsgəndər İsgəndərovdur. Burda media departamentinə aid bir çox məsələlər var. Bu işlərin yerinə yetirilməsinə dair məsul şəxslər ayrılacaq. Yəni, klub peşəkar bir şəkildə idarə olunacaq”.
Qeyd edək ki, uzun müddətdir ki, “Bakı”da struktur dəyişikliyi olunacağı gözlənilir.