[b]“Bakı”nın futbolçusu: Pantiç vecimə deyil[/b]
07.05.2014 - 15:39
“Pantiçlə münasibətlərim yaxşı deyil”. Bunu apasport.az saytına “Bakı” klubunun futbolçusu Mindauqas Kolonas deyib.
Cari mövsümü icarə əsasında “Simurq”da keçirən litvalı legioner paytaxt təmsilçisinə qayıdacağına inanmır: “Pantiç vecimə deyil. Amma “Simurq”un çalışdırıcısı Georgi Çixradze çox yaxşı məşqçidir. Onunla heç bir problemim yoxdur. Zaqataladan xoş münasibətlə ayrıldım. Hələlik hansı kluba keçəcəyim isə bilinmir”.
0
0