Mario Balotelli klubunu dəyişə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə onun agenti Mino Rayola açıqlama verib.
O bildirib ki, müştərisi ilə İngiltərə və İtaliya klubları maraqlanır: “Mario İtaliyaya qayıtmağa hazırdı. Balotelli hazırda dünyanın 10 ən yaxşı hücumçusundan biridir. İtaliyalıların arasında isə №1-di. Hazırda onun azad agent kimi keçidi haqqında söhbət getsə də, Marionun dəyəri 100 milyon avrodur. Artıq İtaliya və İngiltərədən bir neçə klubla danışıq aparıram. Onların arasında “Yuventus”, “Roma”, “Napoli” və “İnter” də var”.
Qeyd edək ki, Balotellinin “Nitsa” ilə hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq.