[b]“Barselona” Ardanın dönməsinə razılıq verdi[/b]
08.11.2017 - 13:33
[b]“Barselona” Ardanın dönməsinə razılıq verdi[/b]

“Barselona”nın yarımmüdafiəçisi Arda Turan çox güman ki, karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 30 yaşlı futbolçu sabiq komandası “Qalatasaray”la anlaşıb.

 

Bir neçə gün əvvəl Ardanın keçidə razılığını alan “sarı-qırmızılılar”ın İspaniya klubu ilə danışıqları da yekunlaşmaq üzrədi. İstanbul nəhənginin 1,5 illik icarəyə götürmək təklifi “Barsa” tərəfindən qəbul edilib. İlkin razılığa əsasən, Arda yanvardan etibarən “Qalatasaray”ın formasını geyinəcək. Hətta müqaviləyə onun gələn ilin yayında Türkiyə klubuna transfer olunması maddəsi də əlavə ediləcək.

 

Qeyd edək ki, Arda Turanın “Barselona” ilə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.