“Barselona” rəhbərliyi türkiyəli futbolçu Arda Turanın transfer qiymətini açıqlayıb. Apasport.az saytı “ajansspor”a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyən klub 20 milyon avro xərcləməli olacaq.
Kataloniyalılar adı müxtəlif komandalarla birgə hallanan Ardanı yanvarda satmağa qarşı deyillər. Lakin tələb edilən məbləği ödəməyə hazır olması ilə bağlı hələlik heç bir klub “Barsa”ya rəsmi təklif göndərməyib. İspanlar təcrübəli xavbeki icarəyə verməyə də qarşı deyillər.
Ardanın adı son vaxtlar daha çox “Qalatasaray”la birgə hallansa da, İstanbul təmsilçisinin prezidenti Dursun Özbək onunla görüşmədiklərini bildirib.
Qeyd edək ki, karyerası ərzində “Qalatasaray”, “Manisaspor” və “Atletiko” klublarının da formasını geyinmiş Arda Turan 2015-ci ildən “Barselona”nın futbolçusudu.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI