[b]“Barselona”da ciddi itki[/b]
03.12.2017 - 14:49
[b]“Barselona”da ciddi itki[/b]

“Barselona” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, kataloniyalıların müdafiəçisi Umtiti uzun müddətə sıradan çıxıb.

 

“Selta” ilə oyunda zədələnən fransalı oyunçunun vəziyyətinə aydınlıq gəlib. Klubdan verilən açıqlamada onun 8 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. 

Qeyd edək ki,  24 yaşlı müdafiəçi bu mövsüm 19 oyunda meydana çıxıb.