[b]“Bavariya”nı ardıcıl 6 dəfə məğlub edən yeganə komanda [/b]
26.04.2018 - 11:12
[b]“Bavariya”nı ardıcıl 6 dəfə məğlub edən yeganə komanda [/b]

Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Real” səfərdə “Bavariya”ya 2:1 hesabı ilə qalib gəlib. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi “Bavariya”nı ardıcıl 6 dəfə məğlub etməyi bacaran ilk klub kimi turnirin tarixinə düşüb.

 

“Real”ın münhenlilər üzərindəki qələbə seriyası 2011/12 mövsümündə yarımfinalın cavab qarşılaşmasından (2:1) başlayıb. Daha sonra “Kral klubu” 2013/14 (1:0, 4:0) və 2016/17 (2:1, 4:2) mövsümlərində ardıcıl qələbələrə sevinib.

 

Son 6 matçda “Bavariya”nın qapısına 15 dəfə yol tapan “Real” öz qapısında isə cəmi 5 qol görüb.

0