“Rəqibimiz güclü – ötən il UEFA kubokunun qalibi olmuş komanda idi”. Apasport.az saytının xəbərinə görə, bunu “Araz” futzal klubunun baş məşqçisi Alesio Da Silva deyib.
Braziliyalı mütəxəssis UEFA kubokunun “Dördlər finalı”nda “Kayrat”la 3-cü yer uğrunda qələbə qazandıqları oyundan sonra fikirlərini açıqlayıb: “Maraqlı oyun alındı. “Kayrat” hər zaman güclü olub və belə bir komandanı məğlub etdiyimiz üçün çox şadam. Rəqibin qapıçısının meydandan çıxarılması işimizə yaradı. O, tez-tez hücumlara qoşulmaqla bizə çətinlik yaradırdı”.
Xatırladaq ki, 6:4 hesablı qələbə qazanan “Araz” bürünc medala sahib çıxıb.