[b]“Belqradda olanlar orda qaldı” – İqor Matiç[/b]
22.07.2015 - 19:43
[b]“Belqradda olanlar orda qaldı” – İqor Matiç[/b]

“13-14 il qabaq Azərbaycanda olmuşdum. O vaxtla müqayisədə ölkəniz, paytaxtınız çox dəyişib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çukariçki” komandasının kapitanı İqor Matiç deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək “Qəbələ” – “Çukariçki” matçından öncə mətbuat konfranslı keçirilib. Mətbuat konfransında qonaqların baş məşqçisi ilə yanaşı, kapitanı da iştirak edib.

 

Matiç qeyd edib ki, sabah da qələbə qazanmağa çalışacaqlar:

 

“Sabah fərqli oyun olacaq. “Qəbələ” güclü komandadı. Heyətində bahalı futbolçular çıxış edir. Bizi çox çətin oyun gözləyir. Buna baxmayaraq, ilk matçdakı nəticəmiz göz önündədi. Belqradda 1:0 hesabı ilə qalib gəlmişik. Sabahkı matçda da bizim qələbə qazanmağımız gözlənilir”.

 

Serbiyalı futbolçu “Qəbələ” haqda müsbət fikirlər səsləndirib: “Belqradda olanlar orda qaldı. Artıq sabahkı oyunu düşünməliyik. “Qəbələ”nin heyəti güclü futbolçulardan formalaşıb. Bizi fərqli oyun gözləyir”.