[b]“Berlin bu şəhərlər arasında varsa, Bakı niyə olmasın?”[/b]
25.09.2014 - 08:58
[b]“Berlin bu şəhərlər arasında varsa, Bakı niyə olmasın?”[/b]

“UEFA tərəfindən demokratik səsvermə keçirilib və Bakı haqlı olaraq AVRO-2020-yə ev sahibliyi edəcək şəhərlər arasındadı”. Apasport.az xəbər verir ki, bu sözləri Almaniya Futbol Federasiyasının prezidenti Volfqanq Nirsbax deyib.

 

O, “Sport-Bild” nəşrinə müsahibəsində Azərbaycanın paytaxtı Bakının AVRO-2020 üçün ev sahibi şəhərlərindən biri olmasına təəccüblənmədiyini deyib: “Bu, təəccüblü deyil. Azərbaycan da Almaniya kimi UEFA-nın tamhüquqlu üzvüdü. Əgər Berlin bu şəhərlər arasında varsa, Bakı niyə olmasın? Məncə, qitə futbol qurumu düzgün qərar qəbul edib. İnanıram ki, Bakı da, Sankt-Peterburq da, Roma da 1/4 final oyunlarına lazımı səviyyədə ev sahibliyi edəcəklər. Bütün seçilən şəhərlər demokratik səsvermə ilə seçilib. Heç bir problem yoxdu”.