“Beşiktaş” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Cenk Tosunun transfer qiymətini açıqlayıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçunu heyətinə qatmaq istəyən “Tottenhem” və “Nyukasl” klublarına rəsmi cavab verilib.
Premyer Liqa təmsilçiləri bu keçidi 13-14 milyon avro qarşılığında həyata keçirməyi planlaşdırsalar da, İstanbul təmsilçisi bununla razılaşmayıb. Onlar qarşı tərəfə “20 milyonu hazırlayın” cavabını veriblər.
“Beşiktaş”ın prezidenti Fikrət Orman İngiltərə klublarına açıqlanan məbləğdən aşağı düşməyəcəklərini çatdırıb.
Qeyd edək ki, 2014-cü ildən “Beşiktaş”ın formasını geyinən Cenk Tosun 2013-cü ildən Türkiyə yığmasının da şərəfini qoruyur.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”