[b]“Beşiktaş”ın ulduz transferi[/b] - FOTO
03.08.2017 - 01:27
[b]“Beşiktaş”ın ulduz transferi[/b] - FOTO

Türkiyə çempionu “Beşiktaş” heyətinə yeni futbolçu cəlb edib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi “Valensiya”nın hücumçusu Alvaro Neqredonu transfer edib.

 

31 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. "Qara qartallar" İspaniya millisinin üzvünün keçidi üçün "yarasalar"a 2,5 milyon avro ödəyəcək. Təcrübəli futbolçu bu gün İstanbula gələrək tibbi müayinədən kəçəcək və ictimaiyyətə təqdim olunacaq.

 

Qeyd edək ki, Neqredo 2014-cü ildən "Valensiya"da çıxış edir.