“Azərbaycan klubu “Neftçi”yə “transfer pəncərəsi”nin son günündə keçdim. Seçim imkanım da yox idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin sabiq qapıçısı Mihal Peskoviç deyib.
2015/16 mövsümünün ilk yarısında paytaxt klubunun formasını geyinən slovakiyalı qolkiper çıxış etdiyi Polşada verdiyi müsahibədə Azərbaycanda çıxış etdiyi dövrü xatırlayıb: “Çalışıram ki, getdiyim hər ölkədən, hər klubdan ancaq yaxşı xatirələrimi saxlayım. “Neftçi”də qapıçılar üzrə məşqçimiz çox yaxşı idi. 5 gün baxışda oldum. Orada birdən-birə 45 dərəcə istiyə də dözə bildim. Bunu bacardım və düşündüm ki, heç də pis deyil. Onlar bütün futbolçuları dərindən yoxlayırdılar. Çünki bəziləri komandaya yalnız pul dalınca gəlmişdilər. Emil Mpenzanın mövsümə 1 milyonluq müqaviləsinə görə klub hələ məhkəmədə idi. Əlbəttə ki, mənim bu qədər pulum yox idi. Üstəlik, həmin vaxt neftin qiymətinin düşməsi də pis oldu. Onlar da mənə dedilər ki, heç nə alınmayacaq”.
Qeyd edək ki, hazırda “Krakoviya”nın şərəfini qoruyan Peskoviç Azərbaycan Premyer Liqasında 2 oyun keçirib, 4 qol buraxıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq