[b]“Böyük oyun”da “Neftçi” qələbə qazanacaq? [/b]
28.03.2014 - 10:59
[b]“Böyük oyun”da “Neftçi” qələbə qazanacaq? [/b]

Sabah keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” matçının baş hakimi olacaq Orxan Məmmədov mövsümdə ikinci dəfə “Böyük oyun”a təyinat alıb. Apasport.az saytının məlumatına görə, sabiq FİFA laynsmanı bu komandaların II dövrədə elə indiki dueli də qəbul edəcək “Bakcell Arena”dakı matçında da fit çalmışdı.

 

Bu görüş XII turda baş tutmuşdu. Bakılıların 4:1 hesabı ilə qalib gəldiyi həmin matçda qonaqları 1 penalti ilə də cəzalandıran Məmmədov meydan sahiblərinə 2, cənublulara 4 sarı vərəqə göstərmişdi.

 

Ümumilikdə, referi Premyer Liqa oyunlarında “Xəzər Lənkəran”a uğur gətirmir. “Neftçi” ilə səfər oyunundan başqa, cənubluları “İnter” (VIII tur) və “Bakı” (XXII tur) ilə ev oyunlarına da çıxarıb. Hər dəfə də bakılılar qalib gəlib. “İnter” 1, “Bakı” 2 cavabsız qolla səfərdə 3 xal qazanıb.

 

“Neftçi” də Məmmədovun idarəçiliyi altında 3 matça çıxıb. “Böyük oyun”dan başqa, X turun “Rəvan”, XVIII turun AZAL-la qarşılaşmaları da bu hakimə həvalə olunmuşdu. “Neftçi” ilə Məmmədovun yollarının kəsişdiyi hər 3 matçda meydan sahibləri qalib gəlib. “Ağ-qaralar” “Rəvan”ı, AZAL isə “Neftçi”ni 2:1 hesabı ilə üstələyib. Mövsümün ilk yarısının son matçında qonaqlar iki qırmızı vərəqə ilə də cəzalanıb.

 

Qeyd edək ki, Topaz Premyer Liqasında 16 oyun idarə edən Məmmədovun hesabında 3 kubok matçı da var. “Xəzər Lənkəran”ın 1/4 final mərhələsinin cavab oyununda “Araz- Naxçıvan” üzərində qələbəsini (1:0) qeydə alan referi bu yarışda “Neftçi ilə görüşməyib.