[b]“Bruno Bertuççi “Neftçi”də qalacaq”[/b]
21.06.2014 - 14:01
[b]“Bruno Bertuççi “Neftçi”də qalacaq”[/b]

“Erik Ramos bizim qoyduğumu şərtlərlə yenidən “Neftçi”də oynayacaq. Çox güman ki, o birinci gün düşərgəmizdə olacaq”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib.

Paraqvaylı yarımmüdafiəçi Erik Ramosun komandaya qayıdacağını təsdiqləyən klub rəsmisi digər legioner – braziliyalı Bruno Bertuççinin də komandada qalacağını bildirib: “Bruno Bertuççi “Neftçi”da qalacaq. Braziliya klubu ilə danışıqlarımız alınmadı. Vaxt vermişdik və bu müddət də başa çatdı. Bu məsələyə bir də qış “transfer pəncərəsi” zamanı qayıtmaq olar”.

Süleymanov böyük ehtimalla yeni transferlər etməyəcəklərini bildirib: “Çox güman ki, yeni transferimiz olmayacaq. Çünki Ramos və Bertuççi bizimlə olacaq. Amma bir yaxşı hücumçu tapa bilsək, onu komandamıza qatmaq haqqında düşünə bilərik”.