“İnter”lə oyunlarımız çox çətin olacaq. Bu komanda onu dərindən təhlil etməyə layiqdi”. Apasport.az saytının məlumatına görə, bunu “Atletik”in baş məşqçisi Ernesto Valverde deyib.
Avropa Liqasının III təsnifat mərhələsində Bakı “İnter”i ilə qarşılaşacaq Bilbao təmsilçisinin çalışdırıcısı rəqib haqda ehtiyatlı danışıb: “Onlara çox ciddi yanaşmalıyıq. Hər hansı səhv bizə baha başa gələ bilər. Bu üzdən səhv etməməliyik. Futbolçularımda hansısa arxayınlıq görmək istəmirəm. Cavab oyununun səfərdə keçirilməsi əleyhimizədi. Çünki hər şeyin həll olunacağı matça yollanmaq üçün təxminən 4300 km qət etməliyik. Uzaq yol və saat fərqi xeyrimizə deyil. Tamamilə “İnter”lə oyuna köklənməliyik. Yalnız bu yolla mərhələ adlaya bilərik”.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq