[b]“Çelsi” “Qarabağ”la oyunun biletlərini satışa çıxardı[/b]
02.09.2017 - 14:23
[b]“Çelsi” “Qarabağ”la oyunun biletlərini satışa çıxardı[/b]

“Çelsi” Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la keçirəcəyi matçın biletlərini satışa çıxarıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “zadəganlar” həmçinin biletlərin qiymətlərini də açıqlayıb.

 

18 aylıq fasilədən sonra avrokuboklara dönüşünü qeyd edəcək London təmsilçisi Azərbaycan çempionu ilə matçın biletlərini 35 funt-sterlinqdən, yəni 75 manatdan satışa çıxarıb.

 

Uşaqlar və yaşlılar üçün biletlərin qiymətində güzəşt nəzərdə tutulub. Belə ki, onlar qarşılaşmanı tribunadan izləmək üçün 17,5 funt-sterlinq (38,5 manat) xərcə düşməli olacaqlar.

 

Qeyd edək ki, “Çelsi” - “Qarabağ” oyunu sentyabrın 12-də keçiriləcək.

0