“Çelsi” rəhbərliyi mövsümün sonunda komandanın hücum xəttini gücləndirmək niyyətindədi. Apasport.az saytı “La Gazzetta Dello Sport”a istinadən xəbər verir ki, “zadəganlar” “Mançester Yunayted”in forvardı Romelu Lukakuya “göz dikiblər”.
London təmsilçisi keçən ilin yayında da Belçika yığmasının üzvünü heyətinə qatmaq istəyirdi. Lakin həmin vaxt rəqabətdən “Mançester Yunayted” qalib ayrılmışdı. “Çelsi” isə əvəzində Alvaro Morata ilə güclənmişdi. Ancaq ispaniyalı hücumçu yeni komandasında ona bəslənən ümidləri tam doğrultmur. Buna görə də, son İngiltərə çempionu yenidən Lukaku ilə danışıqlara başlayıb.
Klub rəhbərliyi keçidin baş tutması üçün 67 milyon avro xərcləməyə hazırdı.
Qeyd edək ki, Lukaku Premyer Liqanın cari mövsümündə 27 oyunda 13 qola imza atıb.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq