[b]“Çelsi”nin futbolçusunu Bakıya buraxmadılar[/b]
05.09.2017 - 09:04
[b]“Çelsi”nin futbolçusunu Bakıya buraxmadılar[/b]

Azərbaycan milli komandasının rəqibi olan Çexiya millisi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin oktyabrın 5-dəki matçında çexiyalılar itki ilə oynayacaq.

 

Belə ki, Tomaş Kalas yığmamıza qarşı oynaya bilməyəcək. Buna onun cəzalı duruma düşməsi səbəb olub.

 

Müqavilə ilə “Çelsi”yə məxsus olub, icarə əsasında “Fulhem”də çıxış edən 24 yaşlı müdafiəçi ikinci sarı vərəqəsini alıb.

 

Maraqlıdı ki, Kalasın Bakıdakı oyuna buraxılmamasına səbəb olan vərəqələr ardıcıl iki matça təsadüf edib. O, sentyabrın 1-də Almaniya, 4-də Şimali İrlandiya ilə görüşdə xəbərdarlıq alıb.

0