[b]“Ən vacib olanı Maltada sərfəli nəticə əldə etməkdi”[/b]
14.07.2014 - 11:46
[b]“Ən vacib olanı Maltada sərfəli nəticə əldə etməkdi”[/b]

“Biz Nukri Revişvili və İrakli Maysuradze kimi futbolçuları itirmişik. Lakin yeni transferlərimiz onların yoxluğunu hiss etdirməməlidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Maltanın “Valletta” klubunun futbolçusu Roderik Briffa deyib.

 

Yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la oyunu öncəsi UEFA-nın rəsmi saytına açıqlama verib: “Rayan Kamilleri və Niki Velya səviyyəli oyunçulardı. Bizim üçün ən vacib olanı odur ki, Maltadakı ilk qarşılaşmada sərfəli nəticə əldə edək. Əminəm ki, bunu edə bilərik. Biz matça çox yaxşı hazırlaşmışıq. Baş məşqçimiz də rəqibi yaxşı təhlil edib. Düşünürəm ki, biz də meydanda hər şeyimizi qoyacağıq”.

 

Qeyd edək ki, “Qarabağ” və “Valletta” iyulun 15-də Maltada, 22-də Bakıda qarşılaşacaq.