[b]“Fənərbaxça”da prezident seçkiləri olub[/b]
31.05.2015 - 19:48
[b]“Fənərbaxça”da prezident seçkiləri olub[/b]

İstanbulun “Fənərbaxça” klubunda seçkili konfrans keçirilib. Apasport.az saytının məlumatına görə, iki gün davam edən konfransın ikinci günündə prezident seçkiləri də keçirilib.

 

İki namizəd başqanlıq üçün yarışıblar ki, onlardan biri hazırkı prezident Aziz Yıldırım, digəri isə Hulusi Belgü olub.

 

Seçkinin nəticələrinə görə, Aziz Yıldırım böyük say fərqi ilə 12-ci dəfə “Fənərbaxça” klubunun prezidenti seçilib.