[b]“Fənərbaxça”nın “qara siyahı”sı: Van Persi və Nani gedir[/b]
19.05.2016 - 14:49
[b]“Fənərbaxça”nın “qara siyahı”sı: Van Persi və Nani gedir[/b]

Superliqada çempionluq mübarizəsində “Beşiktaş”a uduzan “Fənərbaxça”da köklü dəyişikliklər baş verəcək. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə futbolçu ilə yolların ayrılacağı gözlənilir.

 

Komandadan göndərilə biləcək futbolçuların siyahısında Gökhan Gönülün adı ilk yerdə qərarlaşıb. “Beşiktaş”ın maraq dairəsində olan müdafiəçi “Fənəbaxça” rəhbərliyinin yeni təklifini bəyənməyib. Təcrübəli müdafiəçinin mövsümlərarası fasilədə “qara qartal”a keçmək ehtimalı yüksəkdi.

 

Müqaviləsi bitmək üzrə olan Bruno Alveş və Mehmet Topal da yol üstədi. Bundan əlavə, braziliyalı yarımmüdafiəçi Dieqo Ribas da “qara siyahı”da yer alıb. Buna səbəb braziliyalı futbolçunun məvacibinin yüksək olmasıdı.

 

“Fənərbaxça” rəhbərliyi daha 2 ulduz futbolçu – Robin van Persi və Luiş Nani ilə də sağollaşmaq barədə düşünür. Van persi ilə ortaq məxrəcə gəlmək mümkün olmadığından, hollandiyalının İstanbulu tərk edəcəyi gözlənilir. Naninin də ayrılmaq ehtimalı yüksəkdi. Sadəcə, rəhbərlik birdən-birə 2 ulduzla vidalaşmağın azarkeşlər tərəfindən yaxşı qarşılanmayacağından ehtiyat edir.

 

Baş məşqçi Vitor Pereyra isə postunda qalmaq istəsə də, rəhbərlik onunla bağlı yekun qərarını hələ verməyib. Azarkeşlərin portuqaliyalı məşqçidən küsməsi “Fənər” rəhbərliyini komandaya yeni məşqçi gətirməyə vadar edir. 

0