[b]“Fənərbaxça”nın futbolçusu Azərbaycan yığmasına çağırıldı[/b]
23.11.2015 - 17:07
[b]“Fənərbaxça”nın futbolçusu Azərbaycan yığmasına çağırıldı[/b]

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Təbriz Həsənov noyabrın sabah start götürəcək təlim-məşq toplanışı üçün 23 oyunçuya dəvət göndərib.

 

Ayın 28-nə qədər Bakıda baş tutacaq hazırlığa Türkiyənin “Fənərbaxça” klubunun formasını geyinən Turan Vəlizadə də qatılacaq.

 

Qeyd edək ki, U-17 millimizə ən çox “Neftçi” futbolçu verib. Paytaxt klubu 6 oyunçu ilə təmsil olunacaqsa, “Qəbələ” və “İnter”in 4 üzvü yığmada yer alacaq.

 

U-17 yığmamıza çağırılan futbolçular: Kamran İbrahimov, Elçin Əsədov, Aslan Bədəlzadə, Bahadur Həziyev, Pilağa Mehdiyev, Ərziman Rizvanov (hamısı “Neftçi”), Murad Popov, Fərid Nəbiyev, Abbas Agazadə, Cavidan Qasımlı (hamısı “Qəbələ”), Şahin  Zəkiyev, Nadir Qasımov, Ceyhun Muxtarlı, Süleyman Əhmədov (hamısı “İnter”), Məmməd Hüseynov, Ülvi İbrahimov (hər ikisi “Qarabağ”), İsmayıl Babayev, Ricat Qarayev (hər ikisi “Sumqayıt”), Yusif  Həsənov, İbrahim Qədirzadə (hər ikisi “Xəzər Lənkəran”), Əsgər Hüseynov (AZAL), Rövşən Şahmuradov (“Zirə”), Turan Vəlizadə (“Fənərbaxça”, Türkiyə).