[b]“Fənərbaxça”nın hücumçusu cəzalandırıldı[/b]
28.02.2018 - 18:39
“Fənərbaxça”nın futbolçusu Fernandao cəzalandırılıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçuya 2 oyunluq sanksiya tətbiq edilib.
Buna Fernandaonun “Beşiktaş”la çempionat matçında qol sevincini yaşayarkən, azarkeşlərə qarşı qeyri-etik hərəkət etməsi səbəb olub. Nəticədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi onun bu davranışına biganə qalmayıb.
Qeyd edək ki, 31 yaşlı forvard 2015-ci ildən “Fənərbaxça”nın formasını geyinir.
0
0