[b]“Fənərbaxça”nın Şou arzusu[/b]
07.11.2017 - 17:07
“Mançester Yunayted”in müdafiəçisi Luk Şou karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az saytı “Fanatik”ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Fənərbaxça” yaxından maraqlanır.
Şou “mankunianlar”ın heyətində özünü xoşbəxt hiss etmir. O, “Mançester Yunayted”də oyun praktikasının azlığından narazıdı. Bu səbəbdən komandasını dəyişməyə qarşı deyil.
“Fənərbaxça” rəsmiləri qarşı tərəflə danışıqlara start veriblər. Onlar bu transferi qışda həyata keçirmək niyyətindədilər.
Qeyd edək ki, Şou “Mançester Yunayted”ə 2014-cü ildə “Sauthempton”dan transfer olunub.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0