[b]“Fənərbaxça”ya keçir - FOTO[/b]
05.06.2017 - 14:49
[b]“Fənərbaxça”ya keçir - FOTO[/b]

“Fənərbaxça” növbəti transferini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2017/2018 mövsümü üçün heyətini gücləndirməyə başlayan İstanbul təmsilçisi Mehmet Ekici ilə anlaşıb.

 

Lakin Almaniyada doğulmuş yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanmayıb. “Sarı-lacivərdli” klubun rəsmi saytı məlumat yayıb ki, son mövsümü “Trabzonspor”da keçirən 27 Ekici ilə danışıqları yekunlaşdırıblar. Müqavilə isə “transfer pəncərəsi” açıldıqdan sonra imzalanacaq.

 

Müqavilənin müddəti və onun “Fənərbaxça”da illik qazancı açıqlanmayıb.