AZAL-a baxışa gələcək oyunçulardan daha birinin adına aydınlıq gəlib. Apasport.az saytının əldə etdiyi məlumata görə, bu, Daniel Addodur.
Qanalı futbolçu bu ayın sonlarında AZAL-a gəlib yoxlama oyunlarında meydana çıxmalıdır. 27 yaşlı futbolçu həm dayaq yarımmüdafiəçisi, həm də mərkəz müdafiəçisi kimi çıxış edə bilir. O ölkəsində “Kessben”, “Harts of Ouk” klublarında çıxış etdikdən sonra Ankarada legioner karyerası yaşayıb.
“Gənclərbirliyi” və “Hacəttəpəspor”da oynayan Addo 2010-cu ilin yanvarından İsraildə çıxış edir. Daniel Petah-Tikva “Hapoel”ində 2 il oynadıqdan sonra Ramat-Qan “Hapoel”inə keçib. Addo Qana yığmasının düşərgəsində olsa da, meydana çıxmayıb.
Qeyd edək ki, AZAL “Zestafoni”dən nigeriyalı dayaq yarımmüdafiəçisi Nnaemeka Acurunu da baxışa çağırmalıdır. “Təyyarəçilər”in maraq dairəsində olan Georgi Canalidze, Gilyerme de Paula və Xisko isə ölkəmizə gəlməyəcək.
“Gənclərbirliyi”nin sabiq futbolçusu Azərbaycana gəlir
07.06.2014 - 17:00
0
0