Onun Bakı Hava Limanında saxlanıldığı bildirilir
"Bakı" klubunun prezidenti, məşhur iş adamı Hafiz Məmmədov (Hafka) ölkədən çıxmaq istəyərkən saxlanılıb. Apasport.az saytının xəbərinə görə, bu barədə qaynar.info-ya etibarlı mənbədən məlumat daxil olub.
Mənbə bildirib ki, Hafiz Məmmədov ölkəni tərk etmək istəyərkən hüquq-mühafizə orqanları tərəfindən Bakı Hava Limanında saxlanılıb. Onun konkret hansı səbəbdən saxlandığı bəlli deyil. Hazırda onun nəzarətdə olduğu və sorğu-suala çəkildiyi bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Orxan Mansurzadə qaynar.info-ya bu barədə məlumatı olmadığını bildirib.
Xatırladaq ki, "Bakı"nın sahibi Hafiz Məmmədovun adı son günlər qalmaqallarda halanırdı. Belə ki, "Baghlan Group"-un prezidentinin biznes fəaliyyətindəki "axsamalar", ölkədə ən güclü futbol klublarından biri hesab olunan "Bakı" futbol klubunun bazasının satışa çıxarılması, "Bank of Azerbaijan" ətrafında yaranan böhran medianın gündəmindən düşmürdü.