[b]“Hafka” yenə söz verib, minnətdarlıq etdi [/b] - FOTO
12.08.2014 - 11:16
[b]“Hafka” yenə söz verib, minnətdarlıq etdi  [/b] - FOTO

“Bakı”nın prezidenti, “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədov komanda üzvləri ilə görüş keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisinin rəhbəri tədbir zamanı “zolaqlılar”ın fəaliyyətini davam etdirəcəyini, bundan sonra da yaşayacağını bildirib.

 

Məmmədov bildirib ki, klub hazırkı heyətlə yola davam edəcək və növbəti ilin yanvarından daha güclü olacaq.

 

Komanda prezidenti ona güvənib, bu vaxta kimi düşərgədə qalan hər bir futbolçuya xüsusi təşəkkürünü də çatdırıb. O, kluba olan bütün borcların isə qarşıdakı bir həftə ərzində ödəniləcəyi bildirilib.

 

Eyni zamanda, Məmmədov bütün futbolçulara və klubun işçilərinə dözümlü olduqlarına görə minnətdarlıq edib. Gənc futbolçulara uğur diləyən klub prezidenti komandanın bundan sonrakı çıxışının onlar üçün böyük şans olduğunu vurğulayıb.

 

Görüşdə İbrahim Uzunca komandanın baş məşqçisi təyin edilib.

 

Qeyd edək ki, “Bakı”nın Topaz Premyer Liqasının ilk turunda “Simurq”la oyunu təxirə salınmışdı.