Azərbaycanlı iş adamı, “Hafka” ləqəbli Hafiz Məmmədovun sahibi olduğu "Lans" klubu Fransa yüksək liqasına buraxılmayıb. Apasport.az saytının məlumatına görə, bu barədə Fransanın İdarəetməyə Nəzarət üzrə Milli Direktoratının (DNCG) Apellyasiya Şurası qərar qəbul edib.
"Lans"ın yaydığı bəyanatda bildirilir ki, "Bank of Azerbaijan" tərəfindən 18 milyon avroluq təminat verilməsinə baxmayaraq, DNCG ilk dinləmədə olduğu kimi, yenə 10 milyon avronu təsdiqləyib: "Bu vəsait klubumuzun hesabına hələ oturmadığından, DNCG komissiyası ilkin instansiyanın qərarını qüvvədə saxlayıb”.
Qaydalara uyğun olaraq, "Lans" yaxın günlərdə Fransa Milli Olimpiya və İdman Komitəsinə (CNOSF) müraciət edəcək (sportnet.az).