“Azərbaycanla matç çətin olacaq. Sizə də məlumdu ki, bizim əsas futbolçularımız zədəlidir. Milinçanu ciddi xəsarət alıb və bu oyunda oynamayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldova milli komandasının baş məşqçisi Stefan Stoyka deyib.
Noyabrın 17-də yoldaşlıq matçında Azərbaycan millisi ilə qarşılaşacaq Moldova yığmasının çalışdırıcısı oyundan əvvəl mətbuat konfransı keçirib.
Yerli media nümayəndələrinin suallarını cavablandıran Stoyka bir sıra maraqlı fikirlər səsləndirib: “Ölkəmiz üçün bacardığımız hər şeyi edəcəyik. Azərbaycanla qarşılaşma bizim üçün çox vacidi. Məncə, bu dəfə milliyə dəvət alan bütün futbolçular klublarında özlərini yaxşı göstərə biliblər”.
Rəqib baş məşqçi bu matçda onlar üçün əsas məqsədin nəticə olmadığını da qeyd edib: “Bu görüş bizim üçün sınaq xarakterli oyun olacaq. Hazırda hansı vəziyyətdə olduğumuzu bilmək istəyirik. Azərbaycan futbolda inkişafa nail olub. Ancaq biz də çalşırıq ki, daha da irəli gedək”.
Stoyka yığma komanda ilə yeni müqavilə imzalayıb-imzalamaması ilə bağlı suala isə qeyri-müəyyən cavab verib: “Yığmadakı taleyimin bu oyundan asılı olduğunu düşünmürəm. Ümumiyyətlə, mənim yeni anlaşma imzalamağım əsas deyil, əsas odu ki, milli yaxşı oyun sərgiləsin”.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI