[b]“İlk qolumu bacardıqca tez vurmaq istəyirdim” [/b]
09.02.2018 - 12:59
[b]“İlk qolumu bacardıqca tez vurmaq istəyirdim”  [/b]

“Kubokun finalına çıxmaq mənim üçün xüsusi andı. Amma buraya qədər çoxlu oyun keçirmək lazım gəlir. Komanda yoldaşlarımın əziyyətini yüksək qiymətləndirirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Barselona”nın yeni transferi Filipp Koutinyo deyib.

 

İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Valensiya”nı səfərdə 2:0 hesabı ilə üstələyən “Barsa” finala adlayıb. Kataloniyalıların qollarından birinə Koutinyo imza atıb.

 

İspaniya mətbuatına açıqlama verən braziliyalı yarımmüdafiəçi yeni komandasında vurduğu ilk qoldan danışıb: “Çox xoşbəxtəm. Çünki “Barselona”da ilk qolumu bacardıqca tez vurmaq istəyirdim. Buna nail oldum və komandamın finala adlamasına kömək etdim”.

 

“Barselona” həlledici görüşdə “Sevilya” ilə qarşılaşacaq. Koutinyo həmin matçın daha çətin keçəcəyini vurğulayıb: “Final asan olmayacaq. Ümumiyyətlə, futbolda həlledici görüşlər həmişə daha çətin keçir. Amma əminəm ki, azarkeşləri əla oyun gözləyir. “Sevilya” güclü rəqibdi. Bu matça yaxşı hazırlaşmaq üçün xeyli vaxtımız var”.

 

Qeyd edək ki, Filipp Koutinyo “Barselona”ya yanvarda “Liverpul”dan keçib.