Bu gün “Neftçi”də klub rəhbərliyi və komanda üzvlərinin iştirakı ilə toplantı keçirilib. Apasport.az-ın klub saytına istinadən məlumatına görə, iclasda çıxış edən “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov komandadakı fəaliyyətinə görə Samir Əliyevə minnətdarlığını bildirib.
Gənc mütəxəssisə “Pro” kateqoriyalı məşqçilik kurslarında müvəffəqiyyətlər arzulayan Məmmədov fikirlərini bu cür ifadə edib: “Samir Əliyev Müşahidə Şurasına müraciət edərək “Pro” kateqoriyalı kurslara qatılmaq istədiyini bildirdi. Məşqçinin qərarı klub rəhbərliyi tərəfindən də müsbət qarşılandı. Bu müddətdə “Neftçi”nin baş məşqçisi vəzifəsindəki xidmətlərinə görə ona təşəkkür edirik. İnanırıq ki, gənc mütəxəssis ali məşqçilik kateqoriyasına da yiyələnəcək və gələcəkdə də “Neftçi” onun xidmətlərindən yararlanacaq. Əsgər Abdullayevə də təşəkkürümüzü bildiririk ki, Müşahidə Şurasının qərarını müsbət qarşıladı və bu işin məsuliyyətini öz üzərinə götürdü”.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI