“İnter”dən ayrılan futbolçuların sayı 6-ya çatıb. Klubun baş meneceri Aleksey Barvinski apasport.az saytına açıqlamasında Səlahət Ağayev və Abdulla Abatsiyevdən sonra daha 4 oyunçu ilə yollarını ayırdıqlarını bildirib.
Bu dəfə gedənlərin hamısı əcnəbi oyunçulardı. Belə ki, müdafiəçilər İvan Benites, Xuan Fransisko, həmçinin yarımmüdafiəçilər Emilian Vila ilə Stepan Polyak artıq yola salınıblar.
Polyak və Fransiskonun müqavilə müddəti, onsuz da, başa çatmışdı. Anlaşması mövsümün sonuna qədər olan Vila və Beniteslə ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada Vila 6, Fransisko 7, Polyak isə 14 oyunda iştirak edib. Benites isə zədəli olduğu üçün mövsümün ilk yarısını ölkəsi İspaniyada keçirib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”