[b]“İnter” 86-ya çatdı[/b]
11.08.2014 - 16:27
[b]“İnter” 86-ya çatdı[/b]

Topaz Premyer Liqasının I turu çərçivəsində “Qəbələ” ilə keçirilən ev oyunu “İnter”in 2 futbolçusu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 4:0 hesablı qələbəyə hərəyə 1 qolla töhfə verən Aleksandr Amisulaşvili və Məhəmməd Mirzəbəyov paytaxt təmsilçisinin heyətində ilk dəfə fərqlənib.

 

Bununla, onlar adlarını klubun tarixində qol sevinci yaşayan oyunçuların siyahısına əlavə ediblər. 2004-cü ildə indiki adına qovuşandan cari mövsümün startınadək “İnter”in 84 üzvü qol vurmuşdusa, Amisulaşvili 85-ci, Mirzəbəyov 86-cı oldu.

 

Qeyd edək ki, klubun 10 illik yeni tarixinin ən məhsuldar futbolçusu Baçana Sadadze 34 qol vurub.

 

Mənbə: inter.az