[b]“İnter” afrikalıları darmadağın etdi[/b]
09.06.2014 - 18:01
[b]“İnter” afrikalıları darmadağın etdi[/b]

“İnter” Türkiyədə nəzərdə tutduğu yeganə yoxlama oyununu keçirib. Apasport.az saytının əldə etdiyi son xəbərə görə, “bankirlər”in rəqibi Türkiyəyə baxışa gələn 21 yaşadək afrikalılardan ibarət “Afrikanz Çellenc” komandası olub.

Gözlənildiyi kimi, paytaxt təmsilçimiz görüşdə böyükhesablı qələbə qazanıb – 6:0. Qolları əvəzedici komandanın üzvü İlkin Sadıqov, fransalı Yoan Bokonyano, kosta-rikalı Dieqo Madriqal, rusiyalı Mirzağa Hüseynpur və ispaniyalı Mikel Alvaro (2) rəqib qapısından keçirib. Bu görüşdə ayağından zədəli olduğu üçün baxışda olan belçikalı mərkəz müdafiəçisi Yelle de Bok iştirak edə bilməyib.

Qeyd edək ki, “İnter” sabah Türkiyədə sonuncu məşqini keçəcək. Bundan sonra komanda Bakıya qayıdacaq.