[b]“İnter” debütanta məğlub oldu[/b]
23.08.2015 - 20:41
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında III tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, hesabat turu bu gün keçirilən 1 oyunla başa çatıb.
Deübtant “Zirə” öz meydanında “İnter”lə qarşılaşıb. 5 qolun vurulduğu oyunda ev sahibləri sevinən tərəf olub.
“Zirə” - “İnter” – 3:2
Qollar: Elnur İsmayılov, 27 (p.); İlqar Hüseynov, 35; Vüsal İsgəndərli, 39 - Bilal Qənbərov, 66; Elnur Süleymanov, 71
0
0