“İnter”in yeni prezidenti Rəşad Qasımovun kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Müşahidə Şurasının qərarı ilə bu vəzifəyə təyin olunan 38 yaşlı Qasımov komandaya Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibat uçotu və nəzarət departamenti direktorluğundan gətirilib.
2011-ci ildən ABB-də işləyən Qasımov 1994-1999 Gəncə zona hesablaşma kassa mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 1999-2000-ci illərdə Aqrar-Qafqaz şirkəti, Middle Eastern Textiles şirkətlərində işləyib. 2000-2011-ci illərdə ABB-nin Maliyyə menecmenti, Mərkəzi xəzinədarlıq, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələri tutub.
Qeyd edək ki, Qasımov bu postda 2006-cı ildən klubda prezident vəzifəsini tutan bolqarıstanlı Georgi Nikolovu əvəzləyib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”