[b]“İnter” Macarıstan klubu ilə gücünü sınayacaq[/b]
11.06.2014 - 18:02
[b]“İnter” Macarıstan klubu ilə gücünü sınayacaq[/b]

Ölkəmizi Avroliqada təmsil edəcək “İnter”in Avstriyada gücünü sınayacağı rəqiblərdən daha birinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “bankirlər” Macarıstanın “Haladaş” klubu ilə yoxlama görüşündə üz-üzə gələcək.

Sombathey təmsilçisi Macarıstanın elita klubudur. Tamaş Artnerin baş məşqçisi olduğu “Haladaş” ötən mövsümü VI pillədə başa vurub.

Qeyd edək ki, “İnter”in Avstriyada gücünü sınayacağı digər komanda Avstriyanın məşhur “Şturm” klubudur. Kaxaber Sxadadzenin yetirmələri Qrats təmsilçisi ilə iyunun 19-da üz-üzə gələcək.