[b]“İnter” xorvatiyalı futbolçu ilə anlaşdı[/b]
31.08.2015 - 00:10
“Volfsburq” daha bir futbolçusunu satıb. Apasport.az saytının məlumatına görə, “canavarlar” Kevin de Bruynedən sonra xorvatiyalı İvan Perişiçlə də yollarını ayırıblar.
Belə ki, Perişiç Milanın “İnter” klubuna satılıb. Bu keçid qarşılığında “Volfsburq” 18 milyon avro qazanıb.
Futbolçu özü isə Milan klubu ilə 5 illik anlaşma imzalayıb.
0
0