“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İtaliyaya köçə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “İnter” klubu argentinalı çalışdırıcının xidmətində maraqlıdı.
“Neradzurra” hazırkı baş məşqçi Stefano Pioli ilə mövsümün sonunda vidalaşmağı planlaşdırır. Milanlılar Simeoneyə 5 illik müqavilə təklif etməyə hazırlaşırlar. 47 yaşlı mütəxəssis bu təklifi qəbul etsə, ildə 10-11 milyon avro məvacib alacaq.
Qeyd edək ki, 2011-ci ildən “Atletiko”nu çalışdıran Simeone Madrid klubuna İspaniya çempionluğu, ölkə kuboku və Superkuboku, həmçinin Avropa Liqası və UEFA Superkubokunu qazandırıb. Bundan əlavə, Simeonenin rəhbərliyi altında “Atletiko” 2 dəfə Çempionlar Liqasının finalına yüksəlib.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq