[b]“İnter”ə şad xəbər[/b]
07.11.2017 - 19:47
[b]“İnter”ə şad xəbər[/b]

“İnter”ə Mauro İkardidən şad xəbər gəlib. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçunun zədəsi gözlənildiyi kimi ciddi deyil.

 

Belə ki, “Torino” ilə oyunda ayağına zərbə alan İkardi 90 dəqiqə boyunca meydanda qalmışdı. Lakin matçdan sonra ağrılar hiss edən hücumçu həkim müayinəsinə ehtiyac duymuşdu. Bu səbəbdən milli komandanın da heyətindən çıxarılan forvardın testlərinin nəticəsi də açıqlanıb.

 

Məlum olub ki, dizinə güclü zərbə alan İkardi bir neçə aylıq zədələnə bilərmiş. Ancaq xoşbəxtlikdən budəfəki xəsarət yüngül olub. O, 4-5 gün sonra fərdi məşqlərə start verə biləcək.