[b]“İnter”in oyunu yunanlara əmanət[/b]
25.07.2015 - 01:20
[b]“İnter”in oyunu yunanlara əmanət[/b]

UEFA Avropa Liqası III tur matçında “İnter” “Atletik Bilbao” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, artıq İspaniyada keçiriləcək ilk qarşılaşmanın hakimləri bəlli olub.

 

Belə ki, matçı Yunanıstan Futbol Federasiyasından Stavros Tritsonis idarə edəcək. Onun yardımçıları isə Xristos Akrivos və İlias Alekseas təyin olunub. Oynun 4-cü hakimi isə İlias Spatas olacaq.

 

Qeyd edək ki, bu qarşılaşmanın hakim inspektoru Finlandiyadan olan Youni Hittyia, UEFA nümayəndəsi isə italiyalı Danilo Filatsioni təyin olunub.

 

Qeyd edək ki, ilk oyun iyulun 30-da Bakı vaxtı ilə saat 23:45-də Bilbaoda baş tutacaq.