[b]“İnter”lə duelin favoriti “Tiraspol”dur”[/b]
23.06.2014 - 16:48
[b]“İnter”lə duelin favoriti “Tiraspol”dur”[/b]

“Avropa Liqasının püşkatmasında “Tiraspol”a yaxşı rəqib düşdü. Amma “İnter”lə qarşıdurmada mərhələ adlamaq şanslarımız pis deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moldovanın “Tiraspol” klubunun futbolçusu Georgi Bogiu deyib.

Bir neçə il əvvəl Bakının AZAL klubunda çıxış etmiş hücumçu Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib. Bogiu bildirib ki, şərəfini qoruduğu komanda bu mərhələdə görüşəcəyi Bakının “İnter” klubundan zəif deyil: “Çalışacağıq ki, mərhələ keçmək üçün hər şey edək. Azərbaycanda çıxış etdiyim vaxtdan iki il keçib. Bəlkə də “İnter”də də heyət dəyişib. Fikrimcə isə hər şey mümkündür. Düşünmürəm ki, Azərbaycan çempionatı Moldovanınkından güclüdür. “Tiraspol” bu cütün favoritidir”.

Qeyd edək ki, “İnter”lə “Tiraspol” iyulun 3-də və 10-da qarşılaşacaq.