“Komandamız 90 dəqiqə mübarizə aparmağa hazır deyil. Bu amil “Xəzər Lənkəran”la oyunda özünü göstərdi”. Apasport.az xəbər verir ki, bunu Ukraynanın “Karpatı” klubunun baş məşqçisi İqor Yoviçeviç deyib.
“Xəzər Lənkəran”a qarşı keçirilən yoldaşlıq görüşündən danışan Yoviçeviç rəqibin daha hazırlıq olduğunu bildirib: “Rəqibə nisbətən biz daha yorğun idik. Onlar isə əksinə daha istəkli və hazır görünürdülər. “Xəzər Lənkəran” yaxşı komandadı və güclü futbolçuları var. Azərbaycan klubunun heyətindəki oyunçuların fiziki hazırlıqları yüksək səviyyədədi. Bizdən daha yaxşı oynadılar. Amma oyundan-oyuna komandam daha da artırır. Bunu hiss edirəm. Səhvlər üzərində işləyəcəyik. Hazırda isə daha çox fiziki hazırlıqlar üzərində çalışırıq”.