[b]“Kəpəz” “qapazaltı”ya çevrilsə, “Qəbələ” xal itirsə...[/b]
07.04.2016 - 10:23
[b]“Kəpəz” “qapazaltı”ya çevrilsə, “Qəbələ” xal itirsə...[/b]

Sabah Topaz Premyer Liqasında XXIX tura start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək tur mərkəzi qarşılaşma ilə başlayacaq.

 

Çempionluq yolunda növbəti addımı atmaq iddiasında olan “Qarabağ” mükafatçılar sırasına düşmək arzusunda olan “Kəpəz”i qəbul edəcək. Rəqibinə cari mövsümdə xal verməyən Qurban Qurbanovun yetirmələri 4-cü dəfə qalib gəlib, Gəncə təmsilçisini “qapazaltı”ya çevirmək niyyətindədi. Ağdamlılar bunu bacarsa, çempionatın mükafatlarından birini də təmin edə bilər. Düzdü, bunun üçün ya “İnter” uduzmalı, ya da “Qəbələ” xal itirməlidi. Bu şərtlər “Qarabağ”ın ilk “üçlük”dəki yerini və avrokuboklara vəsiqəsini rəsmiləşəcək. Şahin Diniyevin yetirmələri isə çempionun 5 oyundan ibarət qələbə seriyasını qırmalıdı.

 

Turun ikinci gününə Sumqayıtda start veriləcək. Mükafatlara daha bir iddialı – “Qəbələ” “Sumqayıt”ın qonağı olacaq. 4 turdu qələbə qazana bilməyən Roman Qriqorçukun yetirmələri indiyədək hər oyunda qapısına qol vurduğu rəqibi itkisiz keçməyə çalışacaq. II dövrədə Sumqayıtda xal itirən “Qəbələ” qalib gəlməsə, çempionluğa nəzəri şanslarını da itirə bilər.

 

Belə ki, bu turda “Qarabağ”la xal fərqi artsa, 1-ci yerə çatmaq ümidləri sıfıra enəcək. “Sumqayıt” isə toxunulmaz görünən 8-ci pillədəki mövqeyini daha da möhkəmlətmək üçün xal hesabını artırmaq iddiasındadı.

 

“İnter”lə AZAL paytaxt derbisində üz-üzə gələcək. Son iki turda qələbə qazanan “təyyarəçilər” cari mövsümdə qapısına qol vura bilmədiyi “İnter”i büdrətməklə avrokubok arzusuna doğru daha bir addım atmalıdı. Tərlan Əhmədovun yetirmələri “Zirə”ylə “İnter”in qitə miqyaslı yarışlara buraxılmamağı üzündə yaranan şansdan maksimum yararlanmaq üçün bu dəfə də xal hesabını artırmalıdı. “İnter” isə 3-cü pillədəki mövqeyini qorumaq, “Zirə” ilə xal fərqini azaltmaq barədə düşünür.

 

Turun ikinci paytaxt derbisi bazar günü keçiriləcək. “Zirə” öz meydanında “Rəvan”ı sınağa çəkəcək. Debütant liderə daha da yaxınlaşmaq, izləyiciləri ilə fərqi qorumaq üçün autsayderə xal verməməlidi. Cari mövsümdə bir dəfə “Rəvan” önündə büdrəyən zirəlilər qələbə həsrətinə ötən tur son qoyan Bəhmən Həsənovun yetirmələrinin “Xəzər Lənkəran”a çatmaq xəyalının üstündən xətt çəkməlidi.

 

Həftənin son matçı Lənkəranda baş tutacaq. Turnir cədvəlinin son 4 pilləsində qərarlaşan “Xəzər Lənkəran”la “Neftçi” “Böyük oyun”da qüvvələrini sınayacaq. 17 turdu qələbə qazanmayan meydan sahibləri uğursuz seriyanı prinsipial rəqibi ilə matçda qırmaq üçün 3 xal əldə etməlidi. Azərbaycan çempionatlarında tarixinin ən uğursuz mövsümünü keçirən “Neftçi” isə avrokubok şanslarının minimuma enməməsi üçün səfərdə qalib gəlməlidi. Çünki AZAL-la xal fərqinin artması “ağ-qaralar”ın 6-cı yer ümidlərini də azaldacaq.

 

 

XXIX tur

8 aprel (cümə)


17:30. “Qarabağ” – “Kəpəz”
Mövsümün əvvəlki oyunları: 3:2, 3:0, 2:1

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov 
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Asim Xudiyev
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu


9 aprel (şənbə)
 

14:00. “Sumqayıt” – “Qəbələ”
Mövsümün əvvəlki oyunları: 0:1, 2:2, 0:1

Hakimlər: Ömər Paşayev, Elman Musayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə 
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Şahin Cəfərov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
 

16:00. “İnter” – AZAL
Mövsümün əvvəlki oyunları: 1:0, 2:0, 0:0

Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Kamran Bayramov, Fariz Yusifov 
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Məlik Həsənov
“İnter Arena”

10 aprel (bazar)
 

14:00. “Rəvan” – “Zirə”
Mövsümün əvvəlki oyunları: 1:2, 1:0, 1:2

Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Nahid Əliyev, Ramil Əhmədov 
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Murad Məmmədov
“Bayıl Arena”


16:30. “Xəzər Lənkəran” – “Neftçi”
Mövsümün əvvəlki oyunları: 1:1, 0:2, 0:1

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov 
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
“Xəzər Lənkəran” mərkəzi stadionu

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

28

19

6

3

49-18

63

2

Zirə   

28

15

8

5

34-22

53

3

İnter 

28

12

9

7

26-18 

45

4

Kəpəz        

28

12

9

7

35-26

45

5

Qəbələ       

28

11

9

8

32-23 

42

6

AZAL   

28

11

6

11

22-27

39

7

Neftçi    

28

9

8

11

27-31

35

8

Sumqayıt   

28

6

10

12

29-38

28

9

Xəzər L  

28

3

5

20

12-38

14

10

Rəvan 

28

3

8

17

19-44

11

* "Rəvan"ın hesabından 6 xal silinib

 

Bombardir: Nelson Bonilla (“Zirə”) – 10.

 

0